Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib

2026/04/1777564180.jpg
Oxunub: 279     19:30     30 Aprel 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iclasda Ermənistan Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, həmçinin ölkə prezidenti Vahaqn Xaçatryan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan iştirak ediblər.

Qeyd edilib ki, iclas zamanı Ermənistan Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid cari məsələlər müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     İclas  


Bizi "telegram"da izləyin