Erməni ekspert: “Mehri məsələsi danışıqlarda Heydər Əliyev tərəfindən qaldırılıb”

2026/04/1777533975.jpg
Oxunub: 420     21:25     30 Aprel 2026    
“Əgər biz Macarıstanın artıq keçmiş baş naziri Viktor Orbana nümunə kimi baxsaq, o da öz xalqına deyirdi ki, əgər seçilməsə, Ukrayna ilə müharibə başlayacaq, biz başqa nümunə görərik”.

Ordu.az xəbər verir ki, bunu erməni konfliktoloq, beynəlxalq münaqişələrin həlli və danışıqlar üzrə mütəxəssis (Conflict Resolution, International Law, Mediation), hüquq elmləri doktoru Hrayr Balyan deyib.

Onun sözlərinə görə, Macarıstanda da xalq onun bu sözlərinə inanmayıb və kollektiv müxalifəti seçib.

“Müharibə və sülh bir şəxsdən asılı deyil. Bunlar müxtəlif amillərdən, Ermənistanın müdafiə qabiliyyətindən, beynəlxalq şəraitdən asılıdır. Paşinyanın bu şantajı yalnız xalqı parçalamağa və qorxutmağa yönəlib.

Mən deyə bilmərəm ki, onun (Paşinyanın-red.) düşüncəsində nə var, yaxud Azərbaycanla razılaşması varmı, yoxsa yoxdur. Seçkilərə müharibə təhdidləri ilə getmək düzgün deyil. Baş nazirin düşüncəsində nə olduğunu təxmin etmək istəmirəm”, - deyə Balyan eyd edib.

Balyan bildirib ki, sülh müqaviləsi yalnız paraflanıb, hüquqi qüvvəyə malik deyil və çoxlu boşluqları var.

“Bu formada imzalansa, problem yaranacaq. Kağız üzərində iki tərəf arasında sülh müqaviləsi imzalamaq olar, lakin həmin kağız üzərində xalqlar arasında sülhün bərqərar olması üçün iki xalq arasında məsələlər həll olunmalıdır. Bu məsələlər həll olunmadığı müddətdə sülh ola bilməz. Kağız üzərində təsdiqlənmiş sülhü çox asan pozmaq olar”, - deyə o vurğulayıb.

Balyan qeyd edib ki, Mehri məsələsi (Zəngəzur dəhlizi-red.) danışıqlarda Heydər Əliyev tərəfindən qaldırılıb.

“Mehri vasitəsilə Azərbaycana ərazi verilməsi təklifini Türkiyə prezidenti verib. Pol Qobl bunu götürərək proqram kimi təqdim edib, bu da 1999-cu il danışıqları və 2001-ci il Ki-Uest danışıqları zamanı gündəmə gətirilib.

TRIPP (Zəngəzur dəhlizi-red.) Qobl planı deyil, fərqlidir. TRIPP sənədinin çoxlu çatışmazlıqları var və biz hələ bilmirik ki, bu sənəd bizə hansı fayda və ziyan gətirəcək, çünki detallar razılaşdırılmayıb və biz bundan xəbərsizik. Necə deyərlər, şeytan detallardadır. Mən Trampı tərifləmək istəmirəm, lakin TRIPP sayəsində minimum olaraq Ermənistanla müharibə təxirə salındı. TRIPP Orta Dəhlizin bir hissəsidir və buna görə də region ölkələri, o cümlədən İran, həmçinin ABŞ və Avropa üçün əhəmiyyətlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Balyan   Ermənistan  


Bizi "telegram"da izləyin