“Pentaqon rəsmisi tanışlıq saytında qadına məlumat verdiyi üçün işdən azad edilib” - Heqset

2026/03/1774962585.jpg
Oxunub: 314     13:30     27 Aprel 2026    
ABŞ müharibə naziri Pit Heqset radiasiya və kimyəvi təhlükəsizlik idarəsinin rəisi Endryu Haqı vəzifəsindən azad edib. Səbəb tanışlıq tətbiqi vasitəsilə tanış olduğu qadına dövlət sirlərini ötürməsi barədə məlumatlardır.

Ordu.az xəbər verir ki, bu barədə Heqset bəyan edib.

“Haq artıq burada işləməyəcək”, - Pentaqon rəhbərinin sözlərini “CBS News” sitat gətirib.

Telekanalın məlumatına görə, söhbət jurnalist Ceyms O’-Kifin dərc etdiyi materialdan gedir. O, daha əvvəl bildirmişdi ki, Haq guya naməlum qadına ABŞ milli təhlükəsizliyi ilə bağlı məlumatları açıqlayıb. Bu məsələ mətbuat konfransı zamanı Heqsetə ünvanlanıb.

ABŞ müharibə naziri vurğulayıb ki, qurum məlumat sızmalarına son dərəcə ciddi yanaşır və daxili təhdidləri daim izləyir. O, həmçinin bəyan edib ki, məxfi məlumatlara əsaslanan materialların dərc edilməsi ciddi risklər yarada bilər.

O-Kif bu həftə “X” sosial şəbəkəsində gizli kamera ilə çəkilmiş video yayımlayıb.

“ABŞ nüvə bölməsinin rəhbəri milli təhlükəsizlik üçün təhdid yaradan məxfi məlumatları açıqlayıb”, - deyə o, videoçarxa əlavə olaraq yazıb.

Jurnalist həmçinin iddia edib ki, Haq ABŞ-də sinir-iflicedici maddələrin mövcudluğundan danışıb və şüalanmadan sonra ordu kimyaçısının ölüm hadisəsini xatırladıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin