Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən belə yazır.
Nəşrin yazdığına görə, Tramp İrana zərbələrin yenidən başlanmasına meylli deyil, lakin belə variant hələ də açıq qalır.
Mənbələrin məlumatına görə, çərşənbə axşamı Ağ Evdə keçirilən görüşlər zamanı prezident müşavirləri ilə birlikdə Tehrana qarşı mümkün hərbi fəaliyyət variantlarını müzakirə edib.
Bir gün əvvəl ABŞ İranla atəşkəs rejiminin uzadıldığını elan etmişdi. Tramp bildirmişdi ki, atəşkəs Tehran nizamlanma ilə bağlı öz təkliflərini təqdim edənə və tərəflər danışıqlara keçənə qədər qüvvədə olacaq.
Eyni zamanda, daha əvvəl yeni görüş planlaşdırılırdı, lakin məlumatlara görə, İran tərəfi təmasları perspektivsiz sayaraq danışıqlarda iştirakdan imtina edib.
Sevinc Əliyeva
Ordu.az