Qalibaf ABŞ ilə atəşkəs şərtlərini açıqlayıb

2026/03/1774783332.jpg
Oxunub: 464     22:05     22 Aprel 2026    
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ ilə atəşkəs razılaşmasının şərtlərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Tam atəşkəs yalnız o halda məna kəsb edir ki, razılaşma dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın və İsrailin müharibəni qızışdırması dayandırılsın", - Qalibaf bildirib. O, əlavə edib ki, atəşkəsin kobud şəkildə pozulması ilə Hörmüz boğazının açılması qeyri-mümkündür:

"Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran   ABŞ  


Bizi "telegram"da izləyin