Ordu.az xəbər verir ki, Zelenski bunu “böyük risk” adlandırıb.
Onun sözlərinə görə, ABŞ ilə texniki danışıqlar davam edir, lakin İran məsələsi həll olunmayana qədər yeni görüş üçün imkan görmür.
Zelenski qeyd edib ki, əlavə çətinlik yaradan məqam ondan ibarətdir ki, eyni ABŞ danışıq qrupu həm İran münaqişəsinin, həm də Ukrayna müharibəsinin müzakirəsində iştirak edir.
O, həmçinin vurğulayıb ki, ABŞ-nin İran ətrafında yaranmış vəziyyətə fokuslanmasını başa düşür, lakin Ukrayna “sonraya” saxlanıla bilməz, çünki ölkə artıq “böyük faciə” yaşayır və paralel həllər tələb edir.
Ölkə prezidentinin sözlərinə görə, müharibə xüsusilə raket əleyhinə müdafiə sistemləri baxımından Ukraynaya silah tədarükünə də təsir göstərir. ABŞ-də istehsal güclərinin məhdudluğu səbəbindən bu sistemlərin çatışmazlığı hiss olunur.
Ayrı çıxışında Zelenski bildirib ki, maliyyələşmə ölkənin sağ qalması üçün son dərəcə vacibdir. O qeyd edib ki, Avropa İttifaqı Macarıstanın mövqeyi səbəbindən uzun müddət gecikdirilən 90 milyard avroluq krediti təsdiqləyib. Zelenski vurğulayıb ki, bu vəsait olmadan Ukrayna kifayət qədər silah, o cümlədən raket əleyhinə pilotsuz uçuş aparatları istehsal edə bilməz.
Sevinc Əliyeva
Ordu.az