IRIB: İran atəşkəs rejiminin uzadılması imkanını araşdırır

2026/04/1776799253.jpg
Oxunub: 460     19:28     22 Aprel 2026    
İran atəşkəs rejiminin mümkün uzadılmasının müxtəlif aspektlərini araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tehran hələ də ABŞ Prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı sözlərinə cavab olaraq rəsmi açıqlamalar verməyib.

Agentliyin məlumatına görə, İranın guya razılığı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Həmçinin dəqiqləşdirilir ki, İran XİN nümayəndəsinə aid edilən sitat etibarlı deyil və təkzib olunub. Bildirilir ki, qurumun nümayəndəsi İsmayıl Bəqayi həmin gün belə bəyanat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Atəşkəs  


Bizi "telegram"da izləyin