Livanın cənubunda baş vermiş hücum nəticəsində fransalı sülhməramlı həlak olub

2025/10/1760155380.jpg
Oxunub: 461     19:22     22 Aprel 2026    
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, şənbə günü Livanın cənubunda yaralanmış fransalı sülhməramlı həyatını itirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Prezidentin sözlərinə görə, Qanduriye yaşayış məntəqəsində baş vermiş eyni hücum zamanı daha bir fransalı hərbçi Florian Montorio hadisə yerində həlak olub.

Livanda BMT missiyası (UNIFIL) ilkin bəyanatla çıxış edərək baş verəni “qəsdən törədilmiş hücum” kimi qiymətləndirib. Missiyanın məlumatına görə, zərbənin arxasında ehtimal ki, dövlətə aid olmayan silahlı qruplaşmalar, xüsusilə “Hizbullah” dayanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Fransa  


Bizi "telegram"da izləyin