Ermənistan TŞ katibi Delfidə moldovalı həmkarı ilə regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib

2026/04/1775811635.jpg
Oxunub: 449     17:27     22 Aprel 2026    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Delfidə Moldova Respublikasının prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekriyeru ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Qriqoryan öz “Facebook” səhifəsində yazıb.

“Həmsöhbətimlə Ermənistan-Moldova ikitərəfli münasibətlərinin gündəliyini əhatə edən məsələləri müzakirə etdik, gələcək əməkdaşlığın mümkün yollarını müəyyənləşdirdik.

Görüşdə regiondakı təhlükəsizlik vəziyyətinə də toxunduq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin