Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, sənəd NATO-nun baş katibi Mark Rüttenin aprelin 8-12-də Vaşinqtona edəcəyi səfər ərəfəsində hazırlanıb. Orada alyansa üzv dövlətlərin töhfələrinin icmalı təqdim olunub və ölkələr iştirak dərəcələrinə görə təsnif ediliblər.
Mənbələr bildirirlər ki, bu siyahı müttəfiqləri “faydalılar” və “o qədər də faydalı olmayanlar” arasında bölür. Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bəyan etmişdi ki, öhdəliklərini yerinə yetirən müttəfiqlər əlavə imtiyazlar gözləyə bilərlər, digərləri isə nəticələrlə üzləşəcəklər.
Hələlik konkret hansı tədbirlərin nəzərdə tutulduğu məlum deyil. ABŞ administrasiyası həm sənədi, həm də onun tətbiqi ilə bağlı sonrakı planları gizli saxlayır.
Sevinc Əliyeva
Ordu.az