Paşinyanın müavini Aİ səfiri ilə görüşüb

2026/04/1776861232.jpg
Oxunub: 361     16:25     22 Aprel 2026    
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Ermənistanda nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu ilin may ayında İrəvanda keçiriləcək yüksək səviyyəli tədbirlər ərəfəsində həmsöhbətlər demokratik və iqtisadi dayanıqlılığın gücləndirilməsi, eləcə də bağlantılılıq gündəliyinə toxunublar.

“Strateji prioritet hesab olunan proqramlarda Ermənistan və Avropa İttifaqı özəl sektorları üçün investisiya imkanlarının əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin