Ordu.az xəbər verir ki, bu barədə "TASS" Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu məsələ Brüsseldə keçirilən Aİ-nin 27 ölkəsinin Daimi Nümayəndələr Komitəsinin planlı iclasının gündəliyinə çıxarılıb. İclasda həmçinin Ukrayna üçün 90 milyard avro vəsaitin ayrılması da müzakirə olunacaq.
Bundan əvvəl Aİ 20-ci sanksiyalar paketində Rusiya neftinə tətbiq olunan qiymət tavanı əvəzinə, onun dəniz daşımalarına xidmətin tam qadağan edilməsini planlaşdırırdı. Bu tədbirlər Rusiyanın neft ixracının 30-40 faizinə qədər hissəsinə təsir göstərə bilərdi və sanksiyalar tətbiq olunacağı təqdirdə xammalın tədarükü üçün alternativ tankerların axtarılması zəruri olacaqdı.
Ordu.az