“Airbus” kibertəhlükəsizlik şirkəti “Quarkslab”ı satın alır

2026/04/1776859109.jpg
Oxunub: 369     15:59     22 Aprel 2026    
Avropanın təyyarə istehsalçısı “Airbus” kibertəhlükəsizlik şirkəti “Quarkslab”ı satın almağa yönəlmiş razılaşma əldə edib.

Ordu.az xəbər verir ki, “Airbus” Fransanın kibertəhlükəsizlik şirkəti “Quarkslab”ı satın almaq üçün razılaşma əldə olunduğunu açıqlayıb.

Açıqlamada qeyd dilib: “Şirkət bu sərmayə ilə həm Fransa hakimiyyət orqanları üçün etibarlı və suveren tərəfdaş mövqeyini gücləndirməyi, həm də Avropa kibertəhlükəsizlik ekosistemindəki mövcudluğunu artırmağı hədəfləyir”.

Sosial tərəfdaşlarla məsləhətləşmələr və tənzimləyici təsdiqlərdən sonra prosesin 2026-cı il ərzində tamamlanmasının nəzərdə tutulduğu qeyd edilən açıqlamada “Quarkslab”ın 2011-ci ildə yaradılmış, təxminən 100 əməkdaşı olan və əsasən Paris və Renndə fəaliyyət göstərən özəl Fransız kibertəhlükəsizlik şirkəti olduğu bildirilib.

Açıqlamada “Quarkslab”ın qurumların kritik aktivlərini və məlumatlarını qorumağa kömək edən müxtəlif kibertəhlükəsizlik həlləri təqdim etdiyi qeyd olunub.

“Airbus”ın 2024-cü ildə Almaniyadakı “Infodas”ı satın aldığı xatırladılan açıqlamada mart ayında da Böyük Britaniyadakı “Ultra Cyber”ı satın almağa yönəlmiş planını açıqladığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Quarkslab  


Bizi "telegram"da izləyin