MKE Türkiyə Hərbi Hava Qüvvələrinə nüfuzedici bomba təhvil verib

2026/04/1776858515.jpg
Oxunub: 491     15:39     22 Aprel 2026    
Güclü istehsal infrastrukturu və geniş məhsul çeşidi ilə müdafiə sənayesi sahəsində Türkiyənin aparıcı qurumu “Maşın və Kimya Sənayesi” həyata keçirdiyi təhvilərlə Mehmetçiğin gücünə güc qatmağa davam edir.

Ordu.az xəbər verir ki, son bir həftə ərzində MKE tərəfindən Türkiyə Silahlı Qüvvələrinə müxtəlif sayda və çapda sursat ilə silah təhvili həyata keçirilərkən, Hərbi Hava Qüvvələri Komandanlığının inventarına çox sayda Nüfuzedici Bomba (NEB) da daxil edilib.

Ondan qaçış yoxdur: NEB (Nüfuzedici Bomba)

Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış ilk beton dələn bomba olan NEB “Mehmetçiğin” sahədəki ən təsirli zərbə vasitələrindən biri kimi Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alır.

İstehsal və əsas xüsusiyyətlər

Kırıkkaledə yerləşən MKE Sursat Zavodunda istehsal edilən NEB xüsusilə sığınacaq, mağara və yeraltı obyektlər kimi möhkəmləndirilmiş beton hədəfləri məhv etmək məqsədilə hazırlanıb. 2,6 metr uzunluğa və təxminən 900 kiloqram çəkiyə malik olan sursat yüksək dağıdıcı gücü ilə seçilir.

İki mərhələli döyüş başlığı texnologiyası

Ön hissəsində beton dələn ön başlıq, arxa hissəsində isə əsas partlayıcı başlıq olan NEB ardıcıl (iki mərhələli/cüt partlayışlı) dələn döyüş başlığı texnologiyasına malikdir.

İstifadə və təsir mexanizmi

F-4E və F-16 döyüş təyyarələrindən buraxıla bilən NEB, yüksək sürətlə dalışa keçir və hədəfə dəqiq şəkildə yönəlir. Ön dələn başlıq beton və zireh kimi möhkəmləndirilmiş maneələri keçərək sursatın hədəfin içinə nüfuz etməsini təmin edərkən, hədəfin içinə çatan əsas döyüş başlığı isə partlayaraq maksimum məhvetmə təsiri yaradır.

İdarəetmə və əməliyyat qabiliyyəti

MK-84 aviasiya bombalarına inteqrasiya edilə bilən dəqiq və lazer yönləndirmə dəstləri ilə birlikdə istifadə oluna bilən NEB aşağı zərbə bucaqlarında belə yüksək dəlib-keçmə qabiliyyəti ilə diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin