Ordu.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Hökumətin qaldırdığı suallara yetərli cavab verilməsə, müraciət rədd edilə bilər.
Şirkət məxfi məlumatlara çıxış üçün həlledici icazəni gözləyir. Bu icazə yalnız o halda verilə bilər ki, Hindistan hökuməti və xüsusi xidmət orqanları vəziyyəti nəzarətdə saxlamaq imkanlarına əmin olsunlar. Məsələn, əgər cinayətkarlar tərəfindən “Starlink” internet xidmətlərindən mümkün sui-istifadə baş verərsə.
“Hökumətdə müharibə əməliyyatları və ya digər böhran vəziyyətləri zamanı “Starlink”in milli təhlükəsizlik üçün yarada biləcəyi təhdidlərlə bağlı ciddi narahatlıqlar var”, - deyə mənbə bildirib.
Hindistan üçün əlavə narahatlıq doğuran məqam isə “Starlink” terminallarından İran ərazisində istifadə olunmasıdır. Bu isə yerli hökumətin rəsmi qadağasına zidd şəkildə həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az