Ordu.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.
“Rusiya tərəfindən hələlik rəsmi açıqlamalar verilməyib. Ancaq qeyri-rəsmi mənbələrdən bunun həqiqətə uyğun olduğunu bilirik. Rusiya tərəfi, yenə də qeyri-rəsmi məlumatlara görə, Qazaxıstan neftinin vurulması üçün texniki imkanın olmadığını bildirir. Böyük ehtimalla, bu, Rusiya infrastrukturuna son zərbələrlə bağlıdır. Mən belə qənaətə gəlirəm”, - deyə Akkenjenov bildirib.
O, həmçinin qeyd edib ki, böyük ehtimalla tədarüklər 2026-cı il mayın 1-dən dayandırılacaq. Bununla belə, nazirin sözlərinə görə, hələlik söhbət yalnız bir aydan gedir.
Sevinc Əliyeva
Ordu.az