“Axios”: Tramp İrana bir neçə gün vaxt verib

2026/04/1776439807.jpg
Oxunub: 418     12:15     22 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını bəyan edib, lakin dəqiq müddət göstərməyib. Bu isə yekun razılaşmaya nail olmaq üçün yeni diplomatik imkan yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, belə qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın ali rəhbəri Müctəba Xameneinin cavabını gözləməsidir.

İsrail mənbəsi bildirib ki, Xameneyi böyük ehtimalla çərşənbə günü cavab verəcək.

“Tramp atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır. Bu, iranlılara öz işlərini nizamlamaq imkanı verəcək, lakin atəşkəs qeyri-müəyyən müddətə olmayacaq”, - başqa bir mənbə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin