Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var

2023/10/62d1e-1696748743.jpg
Oxunub: 475     11:30     22 Aprel 2026    
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə 2 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları vilayət mərkəzinə və regionun 22 yaşayış məntəqəsinə zərbələr endirib.

"Xarkov vilayətinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub, daha 20 nəfər yaralanıb", - o qeyd edib.

Öz növbəsində, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin bildirib ki, Xerson vilayətində hücumlar nəticəsində bir nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Xarkov  


Bizi "telegram"da izləyin