Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryan və qurumun baş direktoru Maçey Popovski Daxili İşlər Nazirliyi ilə Avropa Komissiyasının DG ECHO qurumu arasında mülki müdafiə sahəsində əməkdaşlığa dair inzibati saziş imzalayıblar.
Qeyd edilib ki, saziş mülki müdafiə sahəsində əməkdaşlığın yeni mərhələsidir və fövqəladə hallarda cavabvermə imkanlarını, həmçinin informasiya mübadiləsini gücləndirir.
Bildirilib ki, saziş çərçivəsində qarşısının alınmasından hazırlığa, cavab tədbirlərindən bərpaya qədər fəlakət risklərinin idarə edilməsinin bütün mərhələlərində dəstək nəzərdə tutulur.
“Mülki müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər, xüsusilə fəlakət risklərinin azaldılması, bu sahədə rəqəmsal alətlərin tətbiqi, hazırlıq səviyyəsinin artırılması və fövqəladə hallara sürətli cavab istiqamətləri müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az