Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşr qeyd edib ki, Hakobyan fevralda vətəndaş nikahlarının dayandırıldığını və hökumət iqamətgahından ayrıldığını açıqlamışdı, bir ay sonra isə Paşinyanın əlindən tutaraq Gümrüdə gəzirdi və jurnalistlərin suallarına artıq laqeyd yanaşırdı.
“Deyirlər ki, “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri Annanı görəndə şoka düşüblər, amma səs çıxarmayıblar. Gümrüdəki mənbə bildirib: “Həm baş nazir, həm də Anna elə davranırdılar ki, bu mövzuya yaxınlaşmayın. Üstəlik, Anna kifayət qədər aqressiv olub, hətta isti qucaqlaşmalara belə soyuq və laqeyd reaksiya verib. Elə təəssürat yaranmışdı ki, sanki Paşinyan onu zorla gətirib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az