Ordu.az xəbər verir ki, bu barədə “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının yeni hesabatında deyilir.
Hesabatda vurğulanır ki, bu, xüsusilə 2024-cü ilin may və iyun aylarında hökumət əleyhinə etiraz aksiyaları zamanı insan hüquqlarının pozulmasına aid olub.
“Tərəfimizdən polisin qanunsuz güc tətbiqinə dair çoxsaylı sübutlar təqdim olunmasına baxmayaraq, sonradan yalnız etirazçılara qarşı, ümumilikdə 16 nəfər barəsində cinayət işləri açılıb, polis əməkdaşlarına qarşı isə açılmayıb”, - deyə təşkilat bildirib.
Hesabatda həmçinin qeyd olunur ki, avqust ayında Ermənistan parlamenti polisə nəqliyyat qovşaqları və ictimai binalar da daxil olmaqla ictimai yerlərdə quraşdırılmış kameraların canlı yayımına çıxış əldə etməyə və həmin yayımlara üz tanıma funksiyasını inteqrasiya etməyə imkan verən dəyişikliklər qəbul edib.
Bu dəyişikliklər qanunun çəkindirici təsir göstərməsi və şəxsi həyatın toxunulmazlığı, dinc toplaşmaq azadlığı və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulmasına gətirib çıxarması ilə bağlı narahatlıq yaradıb.
Alpər Mövludoğlu
Ordu.az