Aİ missiyası ilkin olaraq iki il müddətinə yerləşdiriləcək - Ermənistan XİN təfərrüatları açıqlayıb

2025/01/1738134668.jpg
Oxunub: 598     19:20     21 Aprel 2026    
“Ermənistan ölkədə Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsi ilə bağlı Aİ Xarici Əlaqələr Şurasının qərarını alqışlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

“Missiyanın məqsədi Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsinə, hibrid təhdidlərin qarşısının alınmasına, o cümlədən dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınlarına qarşı mübarizə istiqamətində səylərə dəstək verməkdir.

Missiya ilkin olaraq iki il müddətinə yerləşdiriləcək və fəaliyyəti ilə yuxarıda qeyd olunan istiqamətlərdə institusional imkanların inkişafına, həmçinin mövcud çağırışlar qarşısında Ermənistan cəmiyyətinin dayanıqlığının artırılmasına töhfə verəcək.

Mülki missiyanın yerləşdirilməsi ilə bağlı qərar Ermənistanın müraciəti əsasında qəbul olunub və mayın 5-də keçiriləcək Ermənistan-Aİ ilk sammiti ərəfəsində Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyindən irəli gələn növbəti birgə təşəbbüslərdən biridir”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin