Aİ Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamika görür

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 430     16:13     21 Aprel 2026    
Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət dinamika nümayiş etdirir, Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Ordu.az-ın məlumatına görə, bunu Latviya xarici işlər nazirinin müavini Artems Urşulskis Lüksemburqda Aİ ölkələri XİN başçıları Şurasının iclasının başlamasından əvvəl bildirib.

Onun sözlərinə görə, yaxın həftələrdə Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan və Ermənistana səfər edəcək.

"İndi bu ölkələrlə iqtisadi əməkdaşlığı gücləndirmək şansımız var və onların Avropaya yaxınlaşmasına ehtiyacımız var", - o qeyd edib.

Şçurskiş vurğulayıb ki, hər iki ölkəyə Avropa İttifaqının həm biznesin inkişafı, həm də əməkdaşlığın genişləndirilməsi üçün təqdim etdiyi imkanları nümayiş etdirmək lazımdır. "Söhbət həmçinin Azərbaycan və Ermənistan bazarlarında Avropa biznesi üçün yeni perspektivlərin yaradılmasından gedir", - o əlavə edib.

Həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı barədə Estoniya xarici işlər naziri Marqus Tsahkna müsbət fikirlərini bildirib.

"Mən bir həftədən bir az əvvəl Ermənistanda idim və hesab edirəm ki, Azərbaycanla sülh prosesi ( düzgün yoldadır", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin