Bu barədə
Ordu.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüşlərdə müdafiə sənayesi üzrə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi, silah və hərbi texnika istehsalı və yeni texnoloji həllərin tətbiqi istiqamətlərində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr edilib.
Tərəflər mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün səylərin davam etdirilməsinin önəmini qeyd ediblər.
Sərgi çərçivəsində Malayziyanın Kedah ştatının şahzadəsi Tengku Sarafudin Badlişah, Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Musa Heybət və Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət ediblər. Onlara Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında ətraflı məlumat verilib.
Ordu.az