Paşinyan və Hamilton regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

2026/04/1776770541.jpg
Oxunub: 345     15:14     21 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan və NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri, mövcud çağırışlar, habelə sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylər ətrafında fikir mübadiləsi aparıblar.

“Həmsöhbətlər, həmçinin Ermənistan və NATO arasında əməkdaşlığı, onun inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran sahələrdə birgə proqramların icrasını müzakirə ediblər. Paşinyan ölkədə həyata keçirilən demokratik islahatların gedişatı barədə məlumat verib, dövlətin dayanıqlığının gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hamilton  


Bizi "telegram"da izləyin