Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
Onun sözlərinə görə, bu, Avropa Komissiyasının Qara dənizlə bağlı strategiyasının doğruluğunu təsdiqləyir. Həmin strategiyanın əsas elementlərindən biri nəqliyyat və iqtisadi qarşılıqlı bağlılığın inkişafıdır.
Kos vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə əlaqələri möhkəmləndirir, ticarət və enerji sahələrinə üstünlük verir.
O həmçinin qeyd edib ki, şimal ticarət marşrutları Rusiya səbəbindən məhdudlaşdırılıb, cənub yollarından istifadə isə İran əleyhinə müharibə nəticəsində çətinləşib.
Avrokomissar əlavə edib ki, Avropa İttifaqının iclasında Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətlər müzakirə olunacaq.
Alpər Mövludoğlu
Ordu.az