Cənubi Koreya və Vyetnam Orta Dəhlizə qoşula bilər

2026/04/1776770034.jpg
Oxunub: 362     14:50     21 Aprel 2026    
Cənubi Koreya və Vyetnam Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM, Orta Dəhliz) qoşula bilər.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə "X" sosial şəbəkəsində yazıb.

"Hanoyda Cənubi Koreyanın nəqliyyat naziri Kim Yon Dok (Kim Youn Duc) ilə görüş keçirildi və burada ona Orta Dəhlizin xəritəsi təqdim edildi. Cənubi Koreya və Vyetnam Orta Dəhliz çərçivəsində Transxəzər dəmir yolu layihəsinin fəal iştirakçıları ola bilər. Bu məsələ Koreya Prezidenti Li Çje Myon ilə Hanoyda keçiriləcək görüş zamanı təqdim ediləcək", - diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Vyetnam   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin