Ordu.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Agentlik vurğulayıb ki, bir sıra media qurumlarının İranın ilkin nümayəndə heyətinin guya İslamabada yollandığı barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil. Bildirilib ki, həmin xəbərlər ABŞ və Pakistan mənbələrinin təqdim etdiyi saxta məlumatlara əsaslanıb.
İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində bəyan edib ki, İran təzyiq və ya təhdid altında danışıqlar aparmır.
ISNA agentliyi öz növbəsində vurğulayıb ki, ABŞ tərəfindən “təhdidedici ritorika”nın gücləndiyi, dəniz mühasirəsinin davam etdiyi və ticarət gəmilərinə hücumların baş verdiyi şəraitdə İranın ABŞ-nin diplomatik təşəbbüslərinə ciddi yanaşacağını gözləmək mümkün deyil.
Sevinc Əliyeva
Ordu.az