İran ABŞ-nin mühasirəsini yaran tankerlər barədə açıqlama verib

2026/04/1776446348.jpg
Oxunub: 356     14:51     21 Aprel 2026    
İran silahlı qüvvələri bəyan edib ki, neft tankerləri ABŞ hərbi qüvvələrinin səsləndirdiyi “təhdidlərə” məhəl qoymadan ölkənin ərazi sularına daxil ola bilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Mehr” agentliyinin İran ordusunun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, “Sili City” tankeri Ərəbistan dənizindən keçərək ABŞ hərbi dəniz operativ qrupunun çoxsaylı xəbərdarlıq və təhdidlərinə baxmayaraq İranın ərazi sularına daxil olub.

Bəyanatda qeyd olunur ki, gəmi İran hərbi dəniz qüvvələrinin müşayiəti ilə ölkənin cənub limanlarına çatıb və bir neçə saat həmin limanlardan birində lövbər salıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin