İsrail Livanın cənubuna zərbələr endirib, bir sıra yaşayış evləri dağıdılıb

2025/10/1760155380.jpg
Oxunub: 327     14:45     21 Aprel 2026    
Mövcud atəşkəs şəraitində İsrail Livanın cənub bölgələrinə yeni zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail qüvvələri Bint Cbeyl rayonunun Kunin şəhəri yaxınlığını artilleriya atəşinə tutub. Ölkənin cənubunda yeni dağıntıların baş verdiyi də bildirilir. Yaşayış evləri və infrastruktur obyektləri hədəfə alınıb.

NNA iddia edir ki, bir sıra kəndlərdə, xüsusilə Beyt Lif, Şamaa, Bayada və Nakurada İsrail hərbçiləri evləri minalayıb, bundan sonra həmin evlər tamamilə dağıdılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin