“İranla müharibə “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün ciddi maneələr yaradır” - De Vaal

2018/02/1456456_1519217719.jpg
Oxunub: 501     14:31     21 Aprel 2026    
“İranla müharibə iki səbəbə görə “Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi üçün ciddi maneələr yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Carnegie Europe”un analitiki “Tomas de Vaal” “Azadlıq” radiosuna bildirib.

“Birincisi, davam edən münaqişə şəraitində ABŞ-nin mütəxəssislərinin İran sərhədi yaxınlığında yerləşdirilməsi həddindən artıq təhlükəlidir. İkincisi, İran sərhədində yerləşən layihəyə özəl investisiyaların cəlb edilməsi getdikcə daha da çətinləşir”, - deyə o qeyd edib.

De Vaalın sözlərinə görə, TRIPP-in ilkin impulsu güclü olub: yanvar ayında Vaşinqtonda mühüm saziş imzalanıb, bundan sonra Cey Di Vensin bölgəyə səfəri baş tutub. “Əsas maneələr böyük ölçüdə aradan qaldırılıb”, - deyə analitik bildirib və qeyd edib ki, Tramp marşrutu ikinci prezidentlik müddətinin sonuna, 2028-ci ilə qədər başa çatdırmaq niyyətindədir.

Onun fikrincə, Rusiya vəziyyətdən faydalanmağa çalışır, əgər TRIPP tikilərsə, Moskva bundan istifadə etmək istəyəcək, əgər problemlər yaranarsa, İranla münasibətlərini nəzərə alaraq özünü daha etibarlı tərəfdaş kimi təqdim edəcək.

2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı analitik qeyd edib ki, Qərb çox iş görür, halbuki işlərin böyük hissəsi “kulislər arxasında” aparılır, o cümlədən Fransa və ABŞ tərəfindən Paşinyanın fiziki müdafiəsi təmin olunur.

De Vaal Rusiyanın Ermənistana təsir göstərmək cəhdlərini səmərəsiz qiymətləndirib. Onun sözlərinə görə, uğur qazanmaq üçün güclü müxalifət lazımdır, lakin əslində belə bir müxalifət mövcud deyil. O, həmçinin Azərbaycanın maraqları məsələsini qaldırıb: “Bəziləri hesab edir ki, Bakıya güclü erməni dövləti sərf edir, digərləri isə ehtiyat edir ki, daha müstəqil Paşinyan Qərblə yaxınlaşacaq və problemlər yaradacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: De-Vaal   TRIPP   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin