Ermənistan prezidenti işgüzar səfərlə Qazaxıstana gedəcək

2026/01/1768929724.jpg
Oxunub: 368     13:41     21 Aprel 2026    
Ermənistan prezidenti Vahaqn Xaçaturyan aprelin 21-23-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Davamlı gələcəyin ümumi baxışı” adlı BMT-nin regional ekoloji sammitində iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb.

Məlumata görə, işgüzar səfər çərçivəsində Ermənistan prezidentinin Qazaxıstanın və tərəfdaş ölkələrin yüksək rəhbərliyi nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin