Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” Tehrandakı müxbirinə istinadla məlumat yayıb.
Xüsusilə qeyd olunur ki, parlamentin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və onun müavini hazırda İrandadırlar.
İran dövlət televiziyası (IRIB) da rəsmi nümayəndə heyətlərinin və ixtisaslaşmış qrupların Pakistana yola düşmədiyini təsdiqləyib.
Beləliklə, qarşıdakı danışıqlarda İranın iştirakı hələ də qeyri-müəyyən olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az