Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayım zamanı “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, son onilliklər ərzində Erməni Apostol Kilsəsi rəhbərliyinin fəaliyyəti nəticəsində kilsənin bir hissəsi kilsədən uzaqlaşıb ki, bu da xarici qüvvələrə Erməni Apostol Kilsəsini hibrid müharibə alətinə çevirməyə cəhd etmək imkanı verib.
“Bu baxımdan “Vətəndaş Müqaviləsi” partiyasının proqramına Erməni Apostol Kilsəsinin islahatı üzrə yol xəritəsi daxildir. Bunun birinci bəndi katolikosun istefasıdır. Bundan sonra canişinin seçilməsi, nizamnamənin qəbulu, maliyyə şəffaflığı və ruhaniliyin layiqli davranışı, katolikosun seçilməsi və kilsənin siyasi həyatdan uzaqlaşdırılmasına yönəlmiş ümumi islahatlar gəlir.
Kilsə dövlətdən ayrıdır, amma dövlətdən kənarda ola bilməz”, - deyə Paşinyan bildirib.
Kilsənin bibliya mənasına dərindən baxdıqdan sonra Paşinyan belə nəticəyə gəlib ki, Erməni Apostol Kilsəsi rəhbərliyinin fəaliyyəti ölkənin mənəvi həyatını pisləşdirib.
Onun sözlərinə görə, ruhaniliyin hökumət tərəfindən verilən sosial təminatlardan yararlana bilməməsi də Erməni Apostol Kilsəsinin marginallaşdırılması cəhdlərindən xəbər verir.
Xalqın son hakim olduğunu bəyan edən Paşinyan əmin edib ki, xalq Ktriç Nersisyanın (erməni katolikos II Qaregin-red.) çoxdan kilsəni siyasi partiyaya çevirməsinin, kilsənin mənəvi moizələri unudaraq siyasi təbliğatla, bütün sərhədləri aşan insanlarla məşğul olmasının qəbulolunan olub-olmamasına cavab verməlidir. “Bizim müqəddəs Üçmüədzinimiz sizin virusunuz səbəbindən murdarlanıb”, - deyə Paşinyan bildirib və əlavə edib ki, bu şəraitdə mənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətin necə mövcud ola biləcəyini təsəvvür edə bilmir. Paşinyan hesab edir ki, bu məsələ də qarşıdakı seçkilərdə həll olunmalıdır. “Səs xalqındır, səs Tanrınındır”, - deyə o, məsuliyyəti xalqın üzərinə qoyub.
Diaspor məsələsinə Erməni Apostol Kilsəsi kontekstində toxunan Paşinyan qeyd edib ki, narahatlıq var, xaricdə Ermənistanın maraqları yox, Ermənistan daxilində suverenliyə, müstəqilliyə və təhlükəsizliyə zidd olan xarici maraqlar təmsil olunur.
Ruhanilərin cəmiyyətə “inteqrasiyası” məsələsinə qayıdan Paşinyan bildirib ki, ölkədə ümumi gəlir bəyannaməsi sistemi mövcuddur və bu, ruhaniləri də kənarda qoya bilməz. “Erməni Apostol Kilsəsi müəyyən fəaliyyət həyata keçirir və vergi ödəməlidir. Biz toplanmış bütün vergilərin 100 faizini Erməni Apostol Kilsəsinə qaytarmağa və hətta bundan da artığını sosial təminatlar şəklində verməyə hazırıq. Niyə onlar Ktriç Nersisyanın rəhbərliyi ilə buna razı olmurlar? Çünki onlar kölgədə fəaliyyət göstərmək, nə kilsəyə, nə də dövlətə hesabat vermək istəyirlər”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az