Ordu.az xəbər verir ki, ABŞ donanması “Nimitz” sinfinə məxsus USS “George H.W. Bush” aviadaşıyıcısının uçuş göyərtəsində LOCUST Lazer Silah Sistemini (LWS) sınaqdan keçirib.
“AeroVironment Inc.” tərəfindən hazırlanmış sistem canlı atış fəaliyyəti zamanı birdən çox pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu sınaq ilə sözügedən sistem ilk dəfə dəniz platformasında sınaqdan keçirilmiş olub. Bu çərçivədə sınaqların 2025-ci il oktyabrın 5-də keçirildiyini, lakin açıqlamanın yeni verildiyini qeyd etmək faydalıdır. “AeroVironment Inc.” “The War Zone”a mövzu ilə bağlı açıqlamasında qeyd edib: “Atış təlimi zamanı platfoma üzərinə yerləşdirilmiş Yüksək Enerjili Lazer (P-HEL) sistemi birdən çox hədəf pilotsuz uçuş aparatını izləyərək, nişan alaraq və zərərsizləşdirərək bütün sahələrdə və platformalarda əməliyyat yönəlmiş enerji imkanlarının sahəyə çıxarılması istiqamətində mühüm mərhələ yaradıb”.
LOCUST-un əsas elementi hədəfin aşkarlanması və izlənməsi üçün daxili elektro-optik və infraqırmızı videokameraları da əhatə edən qüllədə yerləşən lazer yönəlmiş enerji silahıdır. Kiçik ölçülü yüksək tezlikli radarlar və passiv radio tezlik siqnal aşkarlama sistemləri də daxil olmaqla üçüncü dərəcəli sensorlar lazeri yönləndirmək üçün istifadə oluna bilir. Bu baxımdan sistem quru əsaslı olaraq fərqli vasitələrdə də istifadə oluna bilir.
ABŞ donanmasının xüsusilə aviadaşıyıcılar kimi çox qiymətli gəmiləri müdafiə etmək üçün LOCUST-dan istifadə etməyə maraq göstərməsi təəccüblü deyil. Bu baxımdan ABŞ Donanması illərdir xüsusilə pilotsuz uçuş aparatlarına qarşı əlavə müdafiə təbəqələri təmin etmək məqsədilə gəmilərdə istifadə olunan lazer və mikrodalğalı yönləndirilmiş enerji silahları üzrə olduqca aktiv fəaliyyət aparır.
Sevinc Əliyeva
Ordu.az