“Politico”: İranla müharibə ABŞ-nin mövqelərini sarsıdır və müttəfiqlərlə parçalanmanı dərinləşdirir

2026/04/1776496859.jpg
Oxunub: 353     12:36     21 Aprel 2026    
İran əleyhinə müharibə ABŞ-nin beynəlxalq arenadakı nüfuzunu sarsıdır və Vaşinqtonun digər ölkələrlə münasibətlərində parçalanmanı sürətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, dünya liderləri münaqişənin nəticələrinə, o cümlədən yanacaq çatışmazlığına və nəqliyyat məhdudiyyətlərinə reaksiya verməyə məcburdurlar. Eyni zamanda, müsəlmanların çoxluq təşkil etdiyi bir sıra ölkələrdə anti-ABŞ əhval-ruhiyyəsi artır və qeyd olunduğu kimi, bu, çox vaxt hökumətlərin səssiz razılığını alır.

“Politico” həmçinin iddia edir ki, hətta ABŞ-nin NATO-dakı müttəfiqləri də Vaşinqtona göstərdikləri dəstəyi məhdudlaşdırırlar və bunu İran əleyhinə hərbi kampaniyadan əvvəl məsləhətləşmələrin aparılmaması ilə əsaslandırırlar.

Adı açıqlanmayan asiyalı diplomat nəşrə bildirib ki, yaranmış vəziyyət ABŞ-nin müttəfiqlik münasibətlərinin gələcəyi və ABŞ siyasətinə etimadın səviyyəsi ilə bağlı mürəkkəb suallar yaradır.

ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Tomas Rayt qeyd edib ki, müttəfiqlər “nəyə inanacaqlarını bilmirlər”, rəqiblər “nədən qorxacaqlarını bilmirlər”, ABŞ administrasiyası isə öz strategiyasını və məqsədlərini özü bilmir. O əlavə edib ki, vəziyyət ABŞ xarici siyasəti üçün kritik deyil, lakin tərəfdaşlarla münasibətlər pisləşməkdə davam edərsə, uzunmüddətli nəticələr doğura bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin