Gəmiçilik şirkətləri İran adından çıxış edən dələduzlar barədə xəbərdarlıq edir

2026/04/1775835700.jpg
Oxunub: 372     12:33     21 Aprel 2026    
Dəniz risklərinin idarə olunması ilə məşğul olan Yunanıstanın “MARISKS” şirkəti yeni dələduzluq halları barədə xəbərdarlıq edir.

Ordu.az xəbər verir ki, özlərini İran hakimiyyət orqanları kimi təqdim edən naməlum şəxslər Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək müqabilində gəmiçilik şirkətlərindən kriptovalyuta ilə “tranzit ödənişləri” tələb edirlər.

MARISKS şirkətindən vurğulanıb ki, həmin mesajlar saxtadır və İranın rəsmi qurumları ilə heç bir əlaqəsi yoxdur.

Şirkət ehtimal edir ki, şənbə günü boğazdan çıxarkən atəşə tutulan gəmilərdən azı biri məhz bu dələduzluğun qurbanı olub.

Qeyd olunur ki, hazırda Fars körfəzində yüzlərlə gəmi və təxminən 20 min dənizçi bloklanmış vəziyyətdə qalır. İran ilə ABŞ arasında qarşılıqlı məhdudiyyətlər səbəbindən Hörmüz boğazından hərəkət ciddi şəkildə çətinləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gəmiçilik   İran  


Bizi "telegram"da izləyin