Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.
“Mən bu məsələ ilə bağlı mövqeyimi aydın şəkildə ifadə etmişəm və demişəm ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bunun əsaslandırması nədir? Dünən də dedim və son illərdə “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) davam etdirməməyin zərurətindən danışıram. Əgər biz bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olsa, bu o deməkdir ki, biz “Qarabağ hərəkatı”nı davam etdiririk. Əgər “Qarabağ hərəkatı”nı davam etdiririksə, bu o deməkdir ki, Azərbaycan ilə münaqişəni yenidən başladırıq. Əgər Azərbaycan ilə münaqişəni yenidən başladırıqsa, bu artıq o deməkdir ki, sülh mümkün deyil”, - deyə Paşinyan bildirib.
Paşinyan əlavə edib ki, bu, “Qərbi Ermənistan”, “dənizdən-dənizə Ermənistan” haqqında ritorikanı qəbul etmək deməkdir.
Onun sözlərinə görə, məsələnin incəliyi ondadır ki, bu, praktiki olaraq Qərbi Azərbaycan, Şərqi Türkiyə və buna bənzər digər ritorikalar ətrafında müzakirələri istisna etmək deməkdir.
Alpər Mövludoğlu
Ordu.az