Vens İranla danışıqların qeyri-müəyyənliyi fonunda İslamabada gələcək

2026/04/1775969501.jpg
Oxunub: 504     12:33     21 Aprel 2026    
Vasitəçilik prosesinə yaxın mənbələrin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens İranla danışıqların ikinci mərhələsində iştirak etmək üçün çərşənbə günü İslamabada gələcək.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Vens Vaşinqtondan çərşənbə axşamı axşam yola düşəcək və çərşənbə günü günorta saatlarına yaxın İslamabadda olacaq. Məlumdur ki, danışıqlar da məhz həmin gün keçiriləcək. Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək.

Bildirilir ki, Amerika nümayəndə heyətinə Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də qoşula bilərlər. Mənbələrin məlumatına görə, hazırlıq işləri çərçivəsində artıq bir neçə Amerika hərbi təyyarəsi Pakistana çatıb.

Eyni zamanda, İranın iştirakı hələ də sual altındadır. İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, Tehran “təhdidlər altında aparılan danışıqları qəbul etmir”. Bu isə nəzərdə tutulan vaxtda görüşün keçirilməsini daha da qeyri-müəyyən edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   İslamabad  


Bizi "telegram"da izləyin