ROKETSAN Cənub-Şərqi Asiya ölkələrinin müdafiəsinə güc qatmaq hədəfi ilə DSA-da yerini aldı

2026/04/1776758028.jpg
Oxunub: 435     11:41     21 Aprel 2026    
Raket, raket sistemi və sursat sahələrində inqilabi texnologiyalara imza atan ROKETSAN Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən DSA sərgisində Cənub-Şərqi Asiya ölkələrinin müdafiəsini gücləndirəcək çoxsaylı məhsullarını nümayiş etdirir.

Ordu.az xəbər verir ki, Cənub-Şərqi Asiya bölgəsinin mühüm müdafiə və təhlükəsizlik tədbirlərindən biri olan DSA bu il aprelin 20-23-də ziyarətçiləri qəbul edir.

Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən sərgidə ROKETSAN da bölgədə əməkdaşlığı artırmaq hədəfi ilə güclü iştirak edir.

Türkiyənin bölgədəki ən mühüm tərəfdaşlarından biri olan Malayziyanın ev sahibliyi etdiyi DSA sərgisində döyüş meydanında özünü təsdiqləmiş çoxsaylı raket, raket sistemi və sursat həlləri ilə iştirak etdiklərini bildirən ROKETSAN-ın baş direktoru Murat İkinci bunları deyib:

“Malayziyanın ev sahibliyi etdiyi DSA sərgisi bizim üçün yalnız məhsullarımızı nümayiş etdirdiyimiz tədbir deyil; dost və müttəfiq ölkələrlə strateji əlaqələrimizi gücləndirdiyimiz, əməkdaşlıqlarımızı konkret addımlara çevirdiyimiz və müdafiə sahəsindəki qabiliyyətlərimizi beynəlxalq arenada güclü şəkildə ortaya qoyduğumuz çox dəyərli platformadır. Bu il də genişlənən məhsul ailəmiz və döyüş meydanında özünü sübut etmiş sistemlərimizlə DSA-da güclü və iddialı iştirak həyata keçiririk. Zərbə tipli pilotsuz uçuş aparatı sursatlarından tank əleyhinə raketlərə, hava hücumundan müdafiə sistemlərindən qanadlı raketlərə, dəniz müdafiə həllərindən artilleriya sistemlərinə qədər çoxsaylı məhsulumuzla sərgidə yerimizi alırıq”.

ROKETSAN DSA 2026 sərgisində zərbə tipli pilotsuz uçuş aparatı sursatlarından MAM-C, MAM-L və MAM-T-ni, tank əleyhinə sistemlərdən lazerlə idarə olunan CİRİT raketini, qısa mənzilli tank əleyhinə silah sistemi KARAOK-u, uzun mənzilli tank əleyhinə raket sistemi UMTAS-ı və orta mənzilli tank əleyhinə raket sistemi OMTAS-ı, qanadlı raketlərdən isə ÇAKIR və ATMACA-nı nümayiş etdirir.

Bundan əlavə, hava hücumundan müdafiə sistemləri sahəsində SUNGUR hava hücumundan müdafiə raket sistemi, HİSAR-O (RF) hava hücumundan müdafiə raketi, SİPER uzun mənzilli bölgə hava və raketdən müdafiə sistemi “Blok 1” və “Blok 2” raketləri, LEVENT yaxın hava hücumundan müdafiə sistemi raketi, MİDLAS milli şaquli buraxılış sistemi, TRLG-230 raketi, BORA silah sistemi və yeni nəsil müdafiə həllərindən biri olan ALKA yönəldilmiş enerji silah sistemi də DSA-26 ROKETSAN stendində yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   DSA  


Bizi "telegram"da izləyin