“Axios”: İran ABŞ ilə münaqişənin nizama salınması üzrə danışıqlara razılıq verib

2026/03/1773583523.jpg
Oxunub: 437     11:37     21 Aprel 2026    
İranın ali rəhbəri ABŞ ilə münaqişənin həlli üçün danışıqlar aparmağa razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens yaxın vaxtlarda İslamabada yola düşəcək, orada məsləhətləşmələrin daha bir mərhələsinin keçirilməsi gözlənilir.

Nəşr həmçinin iddia edir ki, İran danışıqlarda iştirak qərarını son dəqiqəyədək təxirə salıb. Buna səbəb kimi İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqi göstərilir, çünki məlumatlara görə, həmin qurum Tehranın daha sərt mövqeyini müdafiə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin