İslamabadda ABŞ-İran danışıqlarına hazırlıq işi son mərhələyə daxil olub

2026/03/1774681005.jpg
Oxunub: 464     11:33     21 Aprel 2026    
İslamabadda ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlıq işləri son mərhələyə daxil olub. ABŞ-nin irəliləyiş qrupları rəsmi məsləhətləşmələrin başlanmasından əvvəl gəlməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “The Express Tribune” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Həmin mənbələrin sözlərinə görə, bazar günündən bazar ertəsi axşamadək Pakistan ərazisinə heyət, avadanlıq və nəqliyyat vasitələri daşıyan 11 təyyarə gəlib. Hazırlıq qruplarının böyük hissəsi artıq yerindədir, əsas nümayəndə heyətlərinin isə çərşənbə axşamınadək gələcəyi gözlənilir. Qeyd olunur ki, İran tərəfi də həmin günün axşamı Pakistanın paytaxtına çata bilər.

Pakistan hakimiyyəti vəziyyətə rəsmi münasibət bildirməyib, lakin mənbələr tərəflərin mövqeləri ilə bağlı əsas qeyri-müəyyənliklərin qaldığını bildirir. Onların sözlərinə görə, Vaşinqton ilə Tehran arasında diplomatik kanallar açıq qalır.

Danışıqların təhlükəsizliyi gücləndirilib, 18 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı yerləşdirilib.

CNN-in məlumatına görə, danışıqların ikinci mərhələsi aprelin 22-si səhər saatlarına planlaşdırılıb. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin, İran nümayəndə heyətinə isə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyi gözlənilir. Tehran daha əvvəl bildirmişdi ki, danışıqlarda iştirakla bağlı yekun qərar hələ qəbul edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslamabad   ABŞ   İran  


Bizi "telegram"da izləyin