İran hələ İslamabadda keçiriləcək danışıqlarda iştirakını təsdiqləməyib

2026/04/1775747771.jpg
Oxunub: 369     11:29     21 Aprel 2026    
Hələlik İranın İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcəyi rəsmi şəkildə təsdiqlənməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bununla belə qeyd olunur ki, Tehran diplomatik qapıları açıq saxlayır və dialoq ehtimalı nəzəri baxımdan hələ də qalır.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıqlarda iştirakla bağlı yekun qərarın hələ verilmədiyini bildirmişdi. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə öz növbəsində ikimənalı bəyanatla çıxış etmişdi. O, dialoqa hazırlığı vurğulamış, lakin ABŞ tərəfindən diktə edilən şərtləri istisna etmiş, eyni zamanda qarşıdurma ehtimalını da istisna etməmişdi.

Atəşkəs rejiminin başa çatmasına yaxın vəziyyət qeyri-müəyyən olaraq qalır, onun uzadılması perspektivləri də dumanlı görünür.

Vurğulanır ki, hətta danışıqlar başlasa belə, onlar kifayət qədər mürəkkəb məcrada keçə bilər. Səbəb əsas məsələlər ətrafında mövcud fikir ayrılıqlarıdır ki, bunlar Hörmüz boğazı, sanksiyalar, mümkün hərbi kompensasiyalar, eləcə də İranın raket proqramı və regional əlaqələri ilə bağlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İslamabad  


Bizi "telegram"da izləyin