NYT: ABŞ 166 milyard dollarlıq qanunsuz gömrük ödənişlərini geri qaytarmağa başlayıb

2026/04/1775927510.jpg
Oxunub: 398     11:27     21 Aprel 2026    
Tramp administrasiyası 166 milyard dollardan çox vəsaitin geri qaytarılması prosesinə başlayıb. Söhbət fevralda Ali Məhkəmə tərəfindən qanunsuz hesab edilən gömrük rüsumlarından gedir.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bazar ertəsindən etibarən hökumət vəsaitlərin geri qaytarılması üçün müraciətlərin qəbuluna başlayıb və həmin məbləğlər faizlə birlikdə kompensasiya olunacaq.

“FedEx” və “Costco” da daxil olmaqla 3000-dən çox şirkət artıq xüsusi platformanın işə salınmasını gözləmədən administrasiyanı məhkəməyə verib ki, öz pullarını prioritet qaydada geri alsın. Lakin kompensasiyanı yalnız birbaşa idxalçılar alacaqlar. Mallara görə əlavə qiymət ödəyən vətəndaşlara heç nə qaytarılmayacaq. Şirkətlərin aldıqları vəsaitin bir hissəsini istehlakçılara qaytarıb-qaytarmayacağı isə hələ məlum deyil, çünki bu günə qədər demək olar ki, heç bir biznes belə öhdəlik götürməyib.

Vəsaitin geri qaytarılması məsələsində hələ də böyük qeyri-müəyyənlik qalır. Administrasiya artıq xəbərdarlıq edib ki, şirkətlərin kompensasiya alması aylar çəkə bilər, Ağ Ev isə yeni məhkəmə çəkişmələri səbəbindən prosesin yenidən dayandırıla biləcəyini istisna etmir. Zərərçəkənlər arasında Los-Ancelesdə distillə zavodu olan bir sahibkar da var, o, bu qanunsuz gömrük rüsumları səbəbindən təxminən 100 min dollar itirib. O bildirib ki, həmin vəsaiti tezliklə geri alacağına böyük ümid bəsləmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Vaşinqton  


Bizi "telegram"da izləyin