“Yeni Konstitusiya zəruridir, çünki dövlətlə cəmiyyət arasında müəyyən gərginlik var” - Paşinyan

2026/04/1775731371.jpg
Oxunub: 452     11:25     21 Aprel 2026    
“Hüquq qaydasının legitimlik mənbəyi Konstitusiyadır, Konstitusiyanın legitimliyinin mənbəyi isə xalqdır. Ermənistanda bu zəncir qırılıb, çünki referendumların rəsmi nəticələri kütləvi şəkildə şübhə altına alınır, bu da ədalət və etimad çatışmazlığına gətirib çıxarır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən yeganə çıxış yolu xalqın iradəsi ilə yeni Konstitusiyanın qəbul edilməsidir.

“Bu, ölkədə formalaşmış hüquq qaydasının tam legitimlik qazanmasına imkan verəcək. Yeni əsas qanunla andlı iclasçılar sistemi tətbiq olunmalıdır ki, bu da xalqla ədalət mühakiməsi arasındakı əlaqənin ifadəsinə çevriləcək. Bundan əlavə, məhkəmə islahatlarının və demokratik institutların inkişafının davam etdirilməsi nəzərdə tutulur”, - deyə Paşinyan bildirib.

O bir daha təsdiqləyib ki, yeni Konstitusiya zəruridir, çünki dövlətlə cəmiyyət arasında müəyyən gərginlik var: “Bunun səbəblərindən biri də vətəndaşların bir hissəsinin ölkədə mövcud hüquq qaydasının formalaşmasında özünü iştirakçı hesab etməməsidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin