Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasından sonra KTMT Cənubi Qafqazda sabit sülh gözləyir

2025/09/1756914813.jpg
Oxunub: 380     09:50     21 Aprel 2026    
KTMT-nin baş katibi Taalatbek Masadikov bildirib ki, təşkilat Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ümidverici meyllər qeydə alır.

Ordu.az xəbər verir ki, Masadikov bu bəyanatı KTMT Parlament Assambleyası Şurasının iclasında verib.

“Gözləyirik ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda möhkəm sülh və sabitlik üçün etibarlı yola çevriləcək”, - deyə Masadikov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin