Tehran ABŞ-nin saxladığı İran gəmisi ilə bağlı BMT-yə şikayət edib

2026/04/1775391073.jpg
Oxunub: 459     09:26     21 Aprel 2026    
İran Xarici İşlər Nazirliyi ABŞ-nin "TOUSKA" ticarət gəmisini saxlaması ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə və Beynəlxalq Dənizçilik Təşkilatına rəsmi şikayət məktubu göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

"İran ABŞ-nin bu qanunsuz və cinayətkar hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir, İran gəmisinin, dənizçilərin, ekipajın və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır", - XİN-in bəyanatında deyilir.

XİN-dən qeyd ediblər ki, gəminin saxlanılması "dənizçilərin və ekipaj üzvlərinin, həmçinin onların ailələrinin qorxudulması ilə müşayiət olunub".

Xatırladaq ki, aprelin 20-si gecə ABŞ-nin "USS Spruance" esminesi Oman körfəzində İran bayrağı altında üzən "TOUSKA" yük gəmisini ələ keçirib. Buna cavab olaraq İran mediası ölkənin Silahlı Qüvvələrinin ABŞ hərbi gəmilərinə dronlarla hücum etməsi barədə məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin