ABŞ Rusiya və Çini çəkindirmək zərurəti səbəbindən böhran elan edib

2026/04/1776749612.jpg
Oxunub: 288     09:37     21 Aprel 2026    
“ABŞ iki nüvə dövləti olan Rusiya və Çini eyni vaxtda çəkindirmək zərurəti ilə bağlı böhran vəziyyəti ilə üz-üzədir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müharibə nazirinin nüvə çəkindirməsi, kimyəvi və bioloji müdafiə siyasəti və proqramları üzrə köməkçisi Robert Kadlek Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

O qeyd edib ki, tarixdə ilk dəfə ölkə eyni anda müqayisə edilə bilən potensiala malik iki nüvə dövləti, eləcə də artan imkanlara sahib regional oyunçuları çəkindirmək çağırışı ilə qarşılaşıb.

Kadlek vurğulayıb ki, bu, gələcəyə dair ehtimal olunan təhlükə deyil, indiki böhrandır.

O əlavə edib ki, dünya yeni və daha təhlükəli dövrə daxil olub.

Kadlek həmçinin bildirib ki, ABŞ NATO müttəfiqləri ilə əməkdaşlığı davam etdirmək, alyansın nüvə çəkindirməsinin etibarlılığını və səmərəliliyini gücləndirmək yollarını tapmaq niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Bizi "telegram"da izləyin