Ordu.az xəbər verir ki, xüsusilə, Pafos yaxınlığında yerləşən Andreas Papandreu aviabazasının hərbi nəqliyyat təyyarələrinə xidmət göstərə biləcək yeni platforma ilə genişləndirilməsi planlaşdırılır.
Modernləşdirilmiş obyektlərin yalnız müdafiə mərkəzləri deyil, həm də humanitar yardımın paylanması bazalarına çevrilməsi nəzərdə tutulur.
“Euronews”un məlumatına görə, Kipr Milli Qvardiyasının polkovnik-leytenantı Paris Samutis bildirib: “Ehtiyaclarımıza uyğun inkişaf proqramı hazırlanıb və ABŞ tərəfi tərəfindən 500 min avro həcmində maliyyələşdirilib. Biz bütün proqramın dəyərini müəyyən edəcək araşdırmaya başlayırıq. Bu məbləğ bir neçə milyon avro olacaq və məqsəd işlərə 2027-ci ildə başlamaqdır”.
Kiprin əsas hərbi dəniz bazası olan “Evangelos Florakis”də iri “Chinook” nəqliyyat helikopterlərinə xidmət göstərə biləcək yeni helikopter meydançası tikiləcək. Bu meydança münaqişə zonalarından qaçqınların daşınması üçün istifadə ediləcək. Baza eyni zamanda iri hərbi gəmilərə də xidmət göstərə biləcək.
Paris Samutis qeyd edib: “Gözlənilir ki, hərbi dəniz bazası kəşfiyyat gəmilərini və ya kəşfiyyat döyüş gəmisi sinfinə məxsus gəmiləri qəbul edə bilsin. Söhbət aviadaşıyıcılardan gedir. Bunlar təhlükəsizlik və hava hücumundan müdafiə imkanlarını artırmağa qadir gəmilərdir və qeyri-döyüşçülərin təxliyəsi aparılan ərazilərdə istifadə oluna bilər”.
Sevinc Əliyeva
Ordu.az