Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Reuters”in məlumatına görə, USS “Gerald R. Ford” və USS “Abraham Lincoln” aviadaşıyıcıları artıq regiondadır, USS “George H.W. Bush” isə Afrikanı dolaşaraq yaxın həftələrdə onlara qoşula bilər.
Bu fonda USS “Gerald R. Ford” müasir ABŞ aviadaşıyıcıları arasında ən uzunmüddətli yerləşdirmə üzrə yeni rekord müəyyən edib. Bu barədə “Bild” məlumat yayıb.
“Associated Press” agentliyinin və ABŞ hərbi nəşrlərinin məlumatına görə, gəmi aprelin ortalarında artıq USS “Abraham Lincoln”un 2019-2020-ci illərdəki rekord yerləşdirmə müddətindən daha uzun müddət dənizdə olub. “Forbes”in məlumatına görə, 299 günlük rəqəm hesabat əsasında göstərilib, lakin digər hesabatlarda aprelin 15-16-sı vəziyyətinə görə 295-297 gün qeyd olunub. Buna görə dəqiq rəqəm başlanğıc tarixindən asılıdır.
Əgər USS “George H.W. Bush” ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olsa, bu Vaşinqtonun Yaxın Şərqdə eyni vaxtda üç aviadaşıyıcısının olduğu nadir vəziyyət olacaq.
Sevinc Əliyeva
Ordu.az